BMT komissiyası Qəddafinin ölümünün səbəblərini müəyyən edə bilməyib

BMT komissiyası Qəddafinin ölümünün səbəblərini müəyyən edə bilməyib
# 03 mart 2012 03:48 (UTC +04:00)
Bakı-APA. BMT-nin Liviyadakı hərbi cinayətləri araşdıran komissiyası hələlik ölkənin keçmiş lideri Müəmmər Qəddafinin ölümünün səbəbini müəyyən edə bilməyib. Bu barədə komissiyanın hesabatında deyilir.

Liviyanı 42 il idarə etmiş Qəddafi 2011-ci il oktyabrın 20-si öldürülüb. Onu Sirt şəhərindən çıxaran konvoy NATO aviasiyasının zərbələrin tuş gəlib. Yaralanmış Qəddafi Keçid Milli şurasının döyüşçüləri tərəfindən ələ keçirilərək öldürülüb. Qəddafi səhrada gizli yerdə dəfn edilib.

BMT komissiyasının məlumatına görə, Müəmmər Qəddafi və onun oğlu Mötəsim Misrata şəhərinin döyüşçüləri tərəfindən tutulublar və qısa müddətdən sonra «ölü olaraq tapılıblar».

«Komissiya Müəmmər Qəddafinin ölümünün qanunsuz qətl olduğunu təsdiq edə bilmir və istintaqı başa çatdırmaq üçün icazə istəyir», deyə hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Liviya hökuməti komissiyaya Müəmmər Qəddafinin cəsədinin yarılmasının materiallarını, həmçinin fotoşəkillərini təqdim etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR