Bu gün BBVB-nin valyuta bölməsində 2,212 mln. dollarlıq əqd bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 2,212 mln. dollarlıq əqd bağlanılıb
# 03 iyul 2012 14:43 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7850 AZN/1 ABŞ dolları təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,7850 AZN, USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 243 536 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7850 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 494 211,2 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7850 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, «Birja Elektron Sistemində Ticarət» ümumi həcmi USD/AZN aləti üzrə 2,212 mln. dollar və ya 1 737 747,2 AZN təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.

BEST sistemində fəalliyyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,10%, ABŞ dolları üzrə isə illik 11,50% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR