Xəzərdə 20 yaşlı gənc boğulub

Xəzərdə 20 yaşlı gənc boğulub
# 31 iyul 2015 18:26 (UTC +04:00)

Bakı – APA. Xəzər dənizində 1 nəfər batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.

“Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:41-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR