Sayalı Sadıqova: “Terminologiya ilə bağlı iki lüğətin çapı tərəfimizdən qadağan olunub”

Sayalı Sadıqova: “Terminologiya ilə bağlı iki lüğətin çapı tərəfimizdən qadağan olunub”
# 08 aprel 2015 10:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ölkədə terminologiya ilə bağlı hazırlanan iki lüğətin çapı tərəfimizdən qadağan olunub. Terminologiya ilə bağlı lüğətlər Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının icazəsi ilə çap olunur”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

S. Sadıqova bildirib ki, 2013-2014-cü illərdə komissiyada 25-ə yaxın terminoloji lüğıtin çapı müzakirəyə çıxarılıb, onlardan 14-ü çap olunub.

Onun sözlərinə görə, logistika ilə bağlı yeni terminoloji lüğətin çapa hazırlanır və aprelin sonunadək çapı gözlənilir: “Orfoqrafiya lüğəti ilə bağlı kitabın çapı AMEA Rəyasət Heyətində müzakirə olunacaq. Bizim komissiyada orfoqrafiya və dilçilik şöbələri var. Onlar da bu işlə məşğul olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR