İran prezidentinə 6 ildə 35 milyon məktub gəlib

İran prezidentinə 6 ildə 35 milyon məktub gəlib
# 14 may 2012 07:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejada hakimiyyətdə olduğu 6 il ərzində 35 milyon məktub gəlib. APA-nın məlumatına görə, bu barədə İran prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib. Məktubların 25 faizi məhkəmə işi ilə əlaqədar olduğundan onlar baxılması üçün müvafiq orqanlara göndərilib. 583 min 333 saatda oxunan məktubların 40 faizi dolanışıq, 20 faizi işsizlik, 15 faizi bank, 25 faizi isə mənzil və səhiyyə problemləri ilə bağlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR