Kür və Araz çaylarının axınına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb

Kür və Araz çaylarının axınına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb
# 15 may 2012 08:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin ekspedisiya qrupu tərəfindən aprelin 26-dan mayın 4-dək Kür və Araz çaylarının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “ADP SonTek” ultrasəs dopler cihazının vasitəsilə 7 məntəqədə aparılmış ölçmə işləri zamanı çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb.

Alınan nəticələr Kür və Araz çaylarında suyun sərfinin keçən və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərib. Belə ki, Kürün Yevlax məntəqəsində suyun sərfi 256 m3/san, çayın canlı en kəsiyinin sahəsi 332 m2, axımın orta sürəti 0.77 m/san, maksimal dərinlik 4.27 m təşkil edib. Zərdab məntəqəsində suyun sərfi 291 m3/san, çayın canlı en kəsiyinin sahəsi 410 m2, axımın orta sürəti 0.71 m/san, maksimal dərinlik 5.43 m olub. Kürün Surra (Sabirabad) məntəqəsində su sərfi 397 m3/san, çayın canlı en kəsiyinin sahəsi 380 m2, axımın orta sürəti 0.87 m/san, maksimal dərinlik 5.59 m, Araz-Novruzlu məntəqəsində su sərfi 39 m3/san, çayın canlı en kəsiyinin sahəsi 66 m2, axımın orta sürəti 0.59 m/san, maksimal dərinlik 1.50 m, Salyan məntəqəsində su sərfi 368 m3/san, çayın canlı en kəsiyinin sahəsi 529 m2, axımın orta sürəti 0.70 m/san, maksimal dərinlik 8.50 m, Bankə (Neftçala) məntəqəsində su sərfi 341 m3/san, çayın canlı en kəsiyinin sahəsi 502 m2, axımın orta sürəti 0.68 m/san, maksimal dərinlik 8.41 m təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR