Ramil Usubov qərb bölgəsində vətəndaşları qəbul edəcək

Ramil Usubov qərb bölgəsində vətəndaşları qəbul edəcək
# 15 may 2012 12:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkənin qərb bölgəsində vətəndaşları qəbul edəcək. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qəbul iyunun 2-də Gəncə şəhər Baş Polis İdarəsində baş tutacaq. Qəbulda Göygöl, Samux, Qazax, Şəmkir, Kəlbəcər, Gədəbəy, Ağstafa, Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR