Azərbaycanda rus bölməsi üçün “Azərbaycan dili” fənnindən ilk imtahan keçirilir

Azərbaycanda rus bölməsi üçün “Azərbaycan dili” fənnindən ilk imtahan keçirilir
# 13 may 2012 11:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçirilən imtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qızdır. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.

Bakı şəhərində 6492 , Naxçıvanda 34 , Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunub.

“Azərbaycan dili” fənnindən bu gün keçirilən imtahanda “Elektron ərizə”lərini mayın 4-ü saat 17:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər. “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında (SQK) mayın 4-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 24-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

İmtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək, “məqbul” alanlar qəbul imtahanlarına buraxılacaqlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 24-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR