Sabina Freyzer: “Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətində köklü dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı”

Sabina Freyzer: “Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətində köklü dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı”
# 11 iyul 2008 10:50 (UTC +04:00)
O, Ermənistanda hakimiyyət dəyişikliyinin bu ölkənin xarici siyasət kursuna o qədər də təsir etməyəcəyini bildirib: “Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətinə böyük dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı. Dialoq prosesini canlandıracaq kiçik dəyişikliklərin olması mümkündür. Danışıqlarda Azərbaycan və Ermənistan arasında əsas fikir ayrılığı Dağlıq Qarabağın mümkün statusu ilə bağlıdır. Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini danışıqların baza prinsiplərinə daxil olunmasını istəyir, Azərbaycan isə qəti şəkildə bunun əleyhinə çıxır. Fikrimcə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini hər iki ölkə və xalq arasında qarşılıqlı etimad mühiti formalaşdıqdan sonrakı dövrə saxlamaq lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR