Hökumət sözçüsü: “İran hökuməti Musəvinin ev dustaqlığını aradan qaldırmağa səy göstərir”

Hökumət sözçüsü: “İran hökuməti Musəvinin ev dustaqlığını aradan qaldırmağa səy göstərir”
# 01 may 2014 11:22 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Məhəmmədbağır Nobəxt bildirib ki, İran hökuməti Mirhüseyn Musəvinin fiziki vəziyyəti ilə bağlı xəbəri həssaslıqla nəzərdən keçirir və onu ev dustaqlığını aradan qaldırmağa səy göstərir: “Hökumət hansı mənsəbə sahib olmalarından asılı olmayaraq, ölkə vətəndaşlarının hüquqlarını qorumağa çalışır, o cümlədən ev dustaqlığını da aradan qaldırmağa səy göstərir. Bizim bununla bağlı mövqeyimiz xalqa və mətbuata da gizli deyil. Amma bu məsələnin həyata keçirilməsi bəzi hallarda hökumətin səlahiyyəti çərçivəsindən kənardır”.

Qeyd edək ki, M. Musəvi aprelin 29-da ürəyindəki nasazlığa görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehranın Kardiologiya Xəstəxanasına köçürülüb və ailə üzvlərinin iştirakı olmadan angioqrafiya edilib.

O, aprelin 30-da günorta saatlarında isə yenidən ev dustaqlığına salınıb. Musəvi davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. O, həyat yoldaşı Zəhra Rəhnəvərdə birlikdə dörd ilə yaxındır ev həbsində tutulur. Eyni zamanda İran müxalifətinin digər lideri Mehdi Kərrubi də bu ilin yanvarından etibarən ETTELAAT-ın xüsusi təcridxanasından ev həbsinə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR