Nazir: “Orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünülməlidir” - VİDEO

Nazir: “Orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünülməlidir” - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2013 09:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün yeni dərs ilinin başlanması münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşündə deyib. O bildirib ki, artıq orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tətbiqi barədə düşünülməlidir.

Nazir qeyd edib ki, müəllim peşəsinə başlayan hər bir insanın qarşısında stimullar və səbəblər olmalıdır. Müəllimlik peşəsini seçənlərin həvəsləndirilməli olduğunu deyən nazir qeyd edib ki, onlar öz peşəkar səviyyəsini artırmalıdır: “Öz peşəsini sevən və sevməyən müəllimlərə nəinki cəmiyyət, təhsil müəssisələri tərəfindən fərqli münasibət olmalıdır, həmçinin, dövlət tərəfindən onlara verilən əmək haqlarında da fərq öz əksini tapmalıdır. Müəllimlərin daimi peşəkar inkişafını təmin edən mexanizmlərin tətbiq olunması sahəsində dövlət tərəfindən addımlar elə formada atılmalıdır ki, müəllimlər öz peşəkar ixtisaslarının artırmasında özləri maraqlı olsunlar və gündəlik fəaliyyətlərində bunu tətbiq edə bilsinlər. Bütün bu və digər problemlər Təhsil Nazirliyi tərəfindən düşünülür. Bütün bu problemlərin gələcəkdə həllinə nail olunacaq. Tələbələrdən də tələb olunur ki, onlar öz ixtisaslarında peşəkar olsunlar. Coğrafi məkandan asılı olmayaraq müəllim peşəsinin adı və ona məxsus keyfiyyətlər qorunub saxlanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR