Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 18 sentyabr 2013 07:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1961-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Mübariz Əliağa oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR