FHN: Zəlzələ bölgəsində 3861 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb - APA TV

FHN: Zəlzələ bölgəsində 3861 fərdi yaşayış  evinin tikintisi başa çatdırılıb - <span style="color: red;">APA TV
# 16 iyul 2013 10:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikanı açıqlayıb.

FHN-dən APA-ya verilən məlumata görə, 15 iyul 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilib, 6065 ev və sosial obyektə qəzalı, 11 236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.

Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam etdirilir. Baxış aktlarına əsasən müəyyən olunmuş 5848 ədəd qəzalı evlərdən Zaqatalada 3153, Qaxda 343, Balakəndə 365, cəmi 3861 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb və 1231 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılıb.

Sosial obyektlərdən 36 məktəbin, o cümlədən, Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. 27 iyun 2013-cü il tarixədək 6240 şagird yerlik 25 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa edilib və gücləndirilib.

Hazırda, Zaqatala rayonunun Danaçı kəndində 540, Suvagil kəndində (1 saylı) 500, Aşağı Tala kəndində (1 saylı) 360, Çobankol kəndində 220 şagird yerlik, Balakən rayonunun Güllük kəndində 200 şagird yerlik, cəmi 1820 şagird yerlik 5 məktəb binaları tikilərək, yerli icra orqanlarına təhvil verilməyə hazırdır.

Qeyd edək ki, 7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib.

Azərbaycan Prezidentinin göstərişlərinə əsasən Nazirlər Kabinetinin 08 may 2012-ci il tarixli 117 saylı sərəncamı ilə 07 may 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq ehtiyat fondundan 20 milyon manat, 2012-ci il Dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300,0 mln manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 mln manat və 2013-cü ilin Dövlət Büdcəsindən 189,0 mln manat olmaqla, cəmi 609 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR