Yəməndə hərbi helikopter vurulub, 8 hərbçi həlak olub

Yəməndə hərbi helikopter vurulub, 8 hərbçi həlak olub
# 06 avqust 2013 17:45 (UTC +04:00)

Bakı-APA. Yəmənin mərkəzi hissəsində silahlılar bu gün hərbi helikopteri vurub, nəticədə 8 hərbçi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, helikopter Marib əyalətində partlayışdan zədələnmiş neft borusunu təmir edən sapyorlara havadan dəstək üçün cəlb olunub.

“Helikopter yer səthinə yaxın məsafədə olduqda güclü atəşə məruz qalaraq qəzaya uğrayıb”, deyə Yəmən DİN-in nümayəndəsi bildirib.

Qəza nəticəsində 2 pilot və briqada komandiri daxil olmaqla 6 hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR