Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultayı şadlıq saraylarının birində keçirməyi məsləhət görüb

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultayı şadlıq saraylarının birində keçirməyi məsləhət görüb
# 23 iyun 2014 15:45 (UTC +04:00)

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilir ki, Müsavat Partiyası indiyə qədər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurultayın keçirilməsi barədə tövsiyə edilən yerləri müxtəlif bəhanələrlə bəyənməyib. Buna görə də Müsavat Partiyasına Bakıda şadlıq saraylarının biri ilə razılaşaraq və Bakı Şəhər İcra Hakimiyyətinə bu barədə öncədən məlumat verərək qurultay keçirməyi məsləhət görüb.

T.Abbaslı Bakı Şəhər İcra Hakimiyyətinin əvvəllər də belə təklif irəli sürdüyünü, ancaq sonradan şadlıq saraylarına Müsavat Partiyasının qurultayının keçirilməsi üçün yer verilməməsi barədə qeyri-rəsmi göstəriş olduğunun üzə çıxdığını bildirib. O deyib ki, bu gün Müsavat Partiyası Divanının toplantısında Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubu müzakirə edilib. Qərara alınıb ki, qurultayla bağlı məsələ partiyanın iyunun 28-də keçiriləcək Məclisində geniş müzakirə olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR