Beynəlxalq müfəttişlər Geçin uran mədəninə baxış keçiriblər

Beynəlxalq müfəttişlər Geçin uran mədəninə baxış keçiriblər
# 29 yanvar 2014 23:39 (UTC +04:00)

APA - nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi açıqlama verib.

Onun sözlərinə görə, beynəlxalq müfəttişlər bu işi İranla AEBA arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçiriblər: “Onlar yanvarın 29-da Geçin uran mədəninə baxış keçirmək üçün İranın Hörmüzqan vilayətininin Bəndər Abbas şəhərinə səfər ediblər. AEBA-nın üç müfəttişi 5 saat ərzində Geçin uran mədənini yoxlayıblar. Bundan sonra beynəlxalq müfəttişlər İranı tərk ediblər”.

Qeyd edək ki, ötən il noyabrın 11-də Tehranda İranla AEBA arasında əməkdaşlığa dair 6 maddəlik razılaşma imzalanıb. Həmin sənədə əsasən İran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna və Geçin uran mədəninə baxış keçirməyə icazə verib. Artıq AEBA müfəttişləri ötən il dekabrın 8-də İranın Mərkəzi vilayətində yerləşən Ərak ağır su nüvə reaktoruna baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR