ANAMA-nın direktoru NATO-ya səfər edib

ANAMA-nın direktoru NATO-ya səfər edib
# 07 noyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Brüsselə - NATO baş qərargahına səfər edib. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Noyabrın 6-da başlamış və 10-dək davam edəcək səfər çərçivəsində N. İsmayılov NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin toplantısına qatılacaq. Orada “Ceyrançöl” layihəsi barədə hesabatla çıxış edəcək. Layihənin prezentasiyası keçiriləcək. ANAMA direktoru NATO Sülh Naminə Tərəfdaşlıq Fondunun (PfP Trust Fund) donorları ilə də görüşəcək.

Səfər çərçivəsində N. İsmayılovun NATO İnteqrasiya, Tərəfdaşlıq və Əməkdaşlıq Direktoratlığının rəhbəri, NATO əməliyyatlar şöbəsinin rəisi, Türkiyənin NATO-dakı yeni səfiri ilə görüşləri olacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR