Göyçayda 450 sahibsiz it öldürülüb

 Göyçayda 450 sahibsiz it öldürülüb
# 22 iyul 2013 15:50 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda sahibsiz küçə itlərinə qarşı mübarizə tədbirləri görülür. APA-nın məlumatına görə, əsasən gecələr Göyçay şəhərinin müxtəlif yerlərində dolaşan sahibsiz vəhşi itlərin sakinlərin üzərinə hücum etməsi rayon Kommunal təsərrüfatı idarəsini hərəkətə keçirib. Şəhər sakinlərinin sözlərinə görə, mərkəz və ətraf küçələrdə, yeməkxanaların, mağazaların, məktəb və uşaq bağçalarının ətrafında, zibil qutularının yanında, mərkəzi bazarın ərazisində və Göyçay çayının sahilində gəzib dolaşan sahibsiz itlərlə bağlı rayon Kommunal təsərrüfat idarəsinə çoxsaylı müraciətlər ediblər. İdarəyə daxil olan şikayətlər əsasında xəstə və vəhşi küçə itləri ilə bağlı tez-tez reydlər keçirilir və onların yaşadığı yerlər, itlərin səsindən və hücumundan qorxan insanların ən çox narahat olduğu ərazilər müəyyən edilir. İdarənin ovçuları rayon Polis Şöbəsinin icazəsi ilə gecə saat 12-dən 8-dək küçə itlərinin sürü ilə hərəkət etdiyi yerlərdə olurlar və insanlar üçün daha təhlükəli olan sahibsiz küçə itlərini məhv edirlər. Bu ilin əvvəlindən indiyədək 450 baş sahibsiz küçə iti öldürülüb. Öldürülən itlər dərhal götürülür, xəstəlik yayılmaması üçün onların yeri dərmanlanır və cəsədlər rayondan aralıda olan dağlıq ərazidə torpağa basdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR