Sumqayıtda 19 yaşlı qız evlərindən pul oğurlayıb

Sumqayıtda 19 yaşlı qız evlərindən pul oğurlayıb
# 10 may 2013 13:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda atasının evindən oğurluq edən qız tutulub. APA-nın məlumatına görə, Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün 43 yaşlı Ramiz Şirin oğlu Yusifov evindən 9400 dollar oğurlanması barədə polisə məlumat verib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisənin üstü açılıb. Hadisəni törədən şəxsin R. Yusifovun qızı 19 yaşlı Günay Yusifova olması müəyyən edilib.

G. Yusifova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR