Paris, London və Vaşinqton BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edəcək

Paris, London və Vaşinqton BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edəcək
# 10 sentyabr 2013 18:38 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi Böyük Britaniyanın baş naziri Devid Kemerona istinadla məlumat yayıb.

Bundan əvvəl verilən xəbərə görə, Suriya ilə bağlı yeni qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına tək Fransa təqdim edəcək.

“Bu təklifin ciddi olacağı təqdirdə biz birgə addım atmağa hazırıq və mənim fikrimcə BMT Təhlükəsizlik Şurasının qətnaməsi çox yaxşı ideyadır”, deyə Kemeron Britaniya parlamentində çıxışı zamanı deyib.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov dünən Moskvada suriyalı həmkarı Valid Muallemlə görüşdə Suriyanın sahib olduğu kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi, məhv edilməsi və Dəməşqin hətta Kimyəvi Silahların Qadağan olunması Təşkilatına tam qoşulması barədə təklif verdiklərin açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR