Bakıda 17 yaşlı oğlan dənizdə batıb

Bakıda 17 yaşlı oğlan dənizdə batıb
# 01 iyul 2013 08:37 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Taleh Mehman oğlu Ələkbərov batıb.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən T.Ələkbərovun cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR