«Paşa Sığorta» nizamnamə kapitalını artırır

«Paşa Sığorta» nizamnamə kapitalını artırır
# 08 may 2013 14:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir.


Emissiya «Paşa Sığorta» şirkətinin hər birinin nominal dəyəri 887,5 manat olan 40 min ədəd (ümumi həcmi 35,5 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 12,8% artaraq 40 mln. manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 35,5 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR