ABŞ səfirinin müavini: “Azərbaycan və Ermənistan prezidentlərini görüşü sülhə doğru mühüm addımdır”

ABŞ səfirinin müavini: “Azərbaycan və Ermənistan prezidentlərini görüşü sülhə doğru mühüm addımdır”
# 21 noyabr 2013 07:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA. “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bu sənədlərdə də deyildiyi kimi, biz prezident İlham Əliyev və Serj Sarkisyanın görüşünü dəstəkləyirik. Səhv etmirəmsə, bu görüş tərəflərin iki il əvvəl keçirilən görüşündən sonra ilkdir. Odur ki, bu görüşü sülh danışıqları üçün mühüm addım hesab edirik”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər iki prezident tezliklə bir daha görüşməyə razılıq verib: “Bu görüşün hazırlıq mərhələsi olaraq dekabrın 5-6-da Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.

D. Hoqan əlavə edib ki, bu istiqamətdə görüləcək iş çoxdur, ABŞ da Minsk Qrupunun həmsədrlərindən biri olaraq öz işini həmişə görməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR