İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
# 25 dekabr 2013 09:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İran vətəndaşı Həmid Ziyafəti idarə etdiyi “Volvo” markalı yük maşını ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsində gömrük nəzarəti keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən, üzərində “Diazepam” yazısı olan, hər konvalyutda 20 həb olmaqla 5 konvalyut dərman preparatı və 1 ədəd bükümdə xalis çəkisi 18,2 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR