Ötən ay avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,4 mln. manat ödəniş edilib

Ötən ay avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,4 mln. manat ödəniş edilib
# 02 iyul 2014 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1 145 sığorta tələbi üzrə 1 436 630 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 1 062 sığorta tələbi ilə bağlı 1 258 725 manat, əmlaka dəyən zərər üzrə 30 sığorta tələbi ilə bağlı 41 155 manat, sağlamlığa dəyən zərər üzrə 33 sığorta tələbi ilə bağlı 36 750 manat və şəxsin ölümü üzrə 20 sığorta tələbi ilə bağlı 1 145 manat ödənilib.

Ümumilikdə, bu ilin altı ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 12 503 280 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu ilin iyun ayında İSB tərəfindən 6 kompensasiya tələbi üzrə cəmi 23 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Bu ilin ilk altı ayı ərzində İSB tərəfindən ümumilikdə 73 260 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR