Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə operativ işçi qrupları yaradıb

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə operativ işçi qrupları yaradıb
# 19 may 2014 09:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bu il biçiləcək payızlıq buğda və arpa sahəsi 918 min ha təşkil edir. Bu sahənin 616, 7 min ha buğda, 301, 6 min ha sahəsi isə arpa məhsuludur.

Bunu “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

M. Hacıyev əlavə edib ki, taxıl biçini ilə əlaqədar olaraq operativliyin təmin olunması məqsədilə respublikanın rayonlarında kənd təsərrüfatı nazirinin əmri ilə operativ işçi qrupları yaradılıb.

“Burada məqsəd məhsul yığan kombaynların və digər kənd təsərrüfatı texnikaları ilə tələbatın təmin edilməsinə köməklik göstərilməsidir. Operativ işçi qruplarına bu əmrlə tapşırılıb ki, taxıl biçini mövsümü başlayana qədər fəaliyyət göstərdikləri rayonlarda məhsul istehsalı ilə bağlı görüşlər keçirilsin. Hazırda görüşlər keçirilir. Eləcə də biçiləcək əkin sahələri haqqında məlumat əldə edilsin. Məhsul istehsalçılarına operativ işçi qrupunun əlaqə nömrələrinin verilməsi, kənd təsərrüfatı istehsalçılarına operativ yardımın göstərilməsi əsas məqsədlərdən biridir”, - deyə M. Hacıyev bildirib.

O, qeyd edib ki, mövsümə hazırlıq barədə məlumatlar artıq nazirliyə təqdim olunub. Operativ işçi qrupları isə respublikanın bütün bölgələrində yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR