“Maşa və Ayı” Yeni il ərəfəsində Bakıya gələcək - FOTO

“Maşa və Ayı” Yeni il ərəfəsində Bakıya gələcək - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 16:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasının “Maşa və Ayının Şərqdə Yeni il sərgüzəştləri” adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Akademik Milli Dram Teatrından APA-ya verilən məlumata görə, teatrın Bakıya növbəti qastrol səfəri Yeni il ərəfəsində reallaşacaq. Tamaşa dekabrın 27-dən yanvarın 4-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılacaq.

“Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Tamaşa Azərbaycan tamaşaçıları üçün “Maşa və Ayı” cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb.

Səhnə əsəri iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq. Gürcü rejissoru Qoça Kviçiani tərəfindən hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR