Sabirabadda 2 otaqlı ev yanıb

Sabirabadda 2 otaqlı ev yanıb
# 18 fevral 2014 04:16 (UTC +04:00)

Bakı-APA. Sabirabadda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Kovlar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR