ABŞ-da baş verən daşqın nəticəsində 4 nəfər ölüb, 172 nəfər itkin düşüb

ABŞ-da baş verən daşqın nəticəsində 4 nəfər ölüb, 172 nəfər itkin düşüb
# 14 sentyabr 2013 10:20 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ştatın şimalındakı Boulder şəhəri təbii fəlakətdən daha çox ziyan çəkib. İtkin düşənlərin axtarışı üçün hərbçilər və aviasiya da cəlb olunub.

Hakimiyyət orqanları Boulder şəhəri sakinlərinin təxliyyəsini həyata keçirir. Hərbçilər evləri bir-biri gəzərək əşyaların hərbi avtomobillərə yüklənməsinə kömək edir. Evini su basmış bir çox sakin helikopterlərlə xilas olunub.

Sinoptiklər isə daşqınların güclənə biləcəyi haqda xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR