Gənclər Fondu Milli Mətbuat Günü münasibətilə tədbir keçirib - FOTOSESSİYA

Gənclər Fondu Milli Mətbuat Günü münasibətilə tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyul 2013 10:35 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə KİV-lərin sayında ciddi artım baş verib: “Ölkəmizdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır”.


Gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Fondunun fəaliyyətinə xarakterizə edib. O bildirib ki, Gənclər Fondu yarandığı ilk gündən fəaliyyətində düzgün istiqamət seçib. İ.Babayev jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin formalaşmasında onların üzərinə düşən məsuliyyətdən danışıb.


Sonda isə Gənclər Fondu ilə əməkdaşlıq edən media qurumlarına, o cümlədən “APA Holdinq”ə fəxri diplom və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR