Türkiyədə aralarında iki nazir oğlu və Rza Zərrabın da olduğu 16 nəfər məhkəmə qərarı ilə həbs edilib - VİDEO

Türkiyədə aralarında iki nazir oğlu və Rza Zərrabın da olduğu 16 nəfər məhkəmə qərarı ilə həbs edilib - <span style="color: red;">VİDEO
# 21 dekabr 2013 10:38 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul polisi tərəfindən aparılan əməliyyat zamanı saxlanılan iş adamı Rza Zərrab, Xalq Bankın baş direktoru Süleyman Aslan, daxili işlər naziri Müəmmər Gülər ​​və iqtisadiyyat naziri Zəfər Çağlayanın oğulları da olmaqla, 16 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fatih bələdiyyəsinin sədri Mustafa Demir isə sərbəst buraxılıb.

R. Zərrab və nazir oğulları tibbi müayinədən keçdikdən sonra Metris həbsxanasına gətirilib.

Məmur statusunda olanlar Paşakapısı, Xalq Bankın baş direktoru Süleyman Aslan isə Silivri həbsxanasına göndəriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR