“Synergy Group” səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb

“Synergy Group” səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb
# 13 may 2014 12:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyunun 30-da “Synergy Group” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yığıncağın gündəliyinə 2013-cü maliyyə ili üzrə “Synergy Group”-un Müşahidə Şurasının hesabatı, eləcə də mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi və digər məsələlər daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR