Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il 293 mln. dollar artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il 293 mln. dollar artıb
# 04 mart 2014 10:59 (UTC +04:00)

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında rəsmi valyuta ehtiyatlarının həcmi 292,8 mln. dollar və ya 2,1% artıb:

Göründüyü kimi, AMB-nin valyuta ehtiyatlarının artması davam edir. Ümumilikdə, ötən il artım 21% təşkil edib və 2012-ci illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarının artım tempi müəyyən qədər yüksəlib. Belə ki, 2012-ci il ərzində valyuta ehtiyatlarının həcmi 1,213 mlrd. dollar və ya 11,6% artıb. Orta hesabla 2012-ci ildə aylıq artım 101 mln. dollar olub, ötən il isə həmin göstərici 204,8 mln. dollara yaxın olub, bu ilin iki ayı ərzində isə 146,4 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR