Polşada Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının növbəti illik toplantısı keçiriləcək

Polşada Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının növbəti illik toplantısı keçiriləcək
# 13 may 2014 11:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 14-15 may tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının XXIII illik toplantısı keçiriləcək.

Bu barədə “APA-Economics”ə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Toplantıda AYİB-in Müdirlər Şurasında Azərbaycan tərəfdən müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR