“Azərbaycan Dəmir Yolları” qatarlarla avtomobillərin toqquşmasına münasibət bildirib

“Azərbaycan Dəmir Yolları” qatarlarla avtomobillərin toqquşmasına münasibət bildirib
# 07 fevral 2014 14:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda dəmir yolunda baş verən ən çox hadisə dəmir yolu ilə avtomobil yolunun kəsişməsində olan keçidlərdə vaqonların və avtomobillərin toqquşmasıdır. Bu da çox vaxt qorunmayan keçidlərdə baş verir.


APA-Economics”in məlumatına görə, bu günlərdə Xaçmazda dəmir yolu ilə avtomobil yolunun kəsişməsində avtomobillə qatarın toqquşmasına aydınlıq gətirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov belə deyib.


Onun sözlərinə görə, bu günlərdə belə bir hadisə Xaçmazda baş verib: “Burada da dəmir yolunun heç bir günahı yoxdur. Düşünürəm ki, avtomobil vasitələrinin sürücüləri daha diqqətli olmalıdır. Dəmir yolunda olan işarələrdən daha dəqiq və düzgün istifadə etməlidirlər. Bu işarələrə reaksiya verməlidirlər ki, belə qəzalar baş verməsin”.


Q.Nəzirov deyib ki, bu məsələ idarəni ciddi şəkildə narahat edir: “Biz Dövlət Proqramı çərçivəsində ilk növbədə Bakıdan Böyük Kəsik stansiyasına qədər olan dəmir yolu keçidlərinin yenidən qurulmasını planlaşdırırıq. Bu yol istiqamətində 86-ya yaxın belə dəmir yolu keçidləri var. Bu addımlar da avtomobillərlə qatarların qəzalarının qarşısı alınması üçün atılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR