Moskvada Niderland səfirinin köməkçisi döyülüb

Moskvada Niderland səfirinin köməkçisi döyülüb
# 16 oktyabr 2013 01:24 (UTC +04:00)

Bakı-APA. Moskvada naməlum şəxslər Niderland səfirinin köməkçisini döyüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya paytaxtının hüquq-mühafizə qurumlarındakı mənbə bildirib.

“Niderland səfirinin köməkçisi polisə müraciət edərək naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib. Hücum edən şəxslər mənzilin divarında ürək şəkli və “LGBT” (Lesbian, Gey, Biseksual və Transseksual-red.) yazaraq hadisə yerini tərk ediblər”, deyə mənbə agentliyə bildirib.

Faktla əlaqədar olaraq araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR