Media nümayəndələri Şəkiyə səfər ediblər - FOTO

Media nümayəndələri Şəkiyə səfər ediblər - <span style="color: red;">FOTO
# 20 iyun 2014 10:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə 50-dək jurnalist Şəki şəhərinə səfər edib.

APA-nın məlumatına görə, səfər çərçivəsində Şəkidə Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbələrinin müdirləri, müəllimlər və digər şəxslərin iştirak etdiyi tədbirdə nazirliyin şöbə müdiri Aydın Əhmədov təhsildə həyat keçirilən islahatlar haqqında məlumat verib. Formativ qiymətləndirmənin hər bir uşağın inkişafını izləməyə imkan verdiyini deyən A.Əhmədov qeyd edib ki, bu məsələ sinifin səviyyəsini müəyyən etmək üçün vacib amildir.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov isə yaxın zamanlarda Bakıda keçirilən sınaq qiymətləndirməsinin bölgələrdə də keçiriləcəyini bildirib. Kurrikulum barədə məlumat verən nazirlik rəsmisi bunun təhsildə bir istiqamət olduğunu bildirib.

Təhsil eksperti Asif Cahangirov isə təhsildə yeni yanaşmalar mövzusunda geniş çıxış edib.

Qeyd edək ki, Şəkiyə səfər çərçivəsində media nümayəndələri 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi olan, 1831-cü ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəblə tanış olacaqlar. Eyni zamanda həmin məktəbin yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla bu təhsil müəssisəsində görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR