Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Vyetnamdakı səfiri bu ölkənin parlamentinin sədri ilə görüşüb
# 06 mart 2014 16:18 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnam parlamentinin sədri Nquyen Şin Hunq ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər 2013-cü ilin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi baxımından əlamətdar olduğunu qeyd edib, ötən ilin iyun ayında Vyetnam parlamenti sədrinin müavini Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin, həmçinin iki ölkənin parlamentlərində dostluq qruplarının yaradılmasının ikitərəfli əlaqələrin inkişafı baxımdan əhəmiyyətini vurğulayıblar.

Görüş əsnasında Anar İmanov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barəsində həmsöhbətinə geniş məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR