NATO ilə Azərbaycan arasında fevralda keçiriləcək tədbirlərin siyahısı açıqlanıb

NATO ilə Azərbaycan arasında fevralda keçiriləcək tədbirlərin siyahısı açıqlanıb
# 01 fevral 2014 08:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevral ayında keçiriləcək tədbirlərin siyahısı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya (Bolqarıstan) şəhərində "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR