Moskvada “İRS” jurnalının 10 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOSESSİYA

Moskvada “İRS” jurnalının 10 illik yubileyinə həsr olunan tədbir keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 08 dekabr 2012 07:19 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, politoloqlar, iş adamları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan, onun tarixi, mədəniyyəti və ənənələri barədə məlumatlarla zəngin “İRS-Naslediye” beynəlxalq jurnalının 10 illiyinə həsr olunan tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, nəşrin vacibliyini vurğulayaraq jurnalın Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq missiyasını səmərəli şəkildə yerinə yetirdiyini söyləyib: “Bu 10 il ərzində jurnal kifayət qədər oxucu auditoriyası toplayıb ki, bu da jurnal üçün vacib faktordur”.

Sonra “İRS-Naslediya” jurnalının 10 illik fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Jurnalının baş redaktoru Musa Mərcanlı nəşrin məqsəd və vəzifələrindən söhbət açıb. O bildirib ki, jurnalın əsas məqsədi ölkə xaricində oxucuları Azərbaycanın tarixi, indiki vəziyyəti, onun iqtisadiyyatı, mədəni həyatı ilə tanış etməkdir. Baş redaktor jurnalın hazırda 10-dan çox ölkədə müxtəlif dillərdə nəşr olunduğunu bildirib.

Rusiyalı tarixçi Oleq Kuznetsov Rusiyada belə bir nəşrin olmasını sevindirici hal olduğunu söyləyib. O bildirib ki, məhz “İRS-Naslediye” jurnalında Azərbaycan xalqının tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələri və müasir inkişaf perspektivləri haqqında geniş məlumatlar yer alır.

“Baku” jurnalının redaktoru Mariya Timirbayeva çıxışında Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan “İRS” jurnalının artıq bütün dünyada geniş oxucu auditoriyasının olduğunu qeyd edib. Nəfis tərtibatda hazırlanan jurnalda ölkəmizin inkişaf perspektivləri haqqında ətraflı məlumatların yer aldığını söyləyən Mariya Timirbayeva jurnalın yaradıcı heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər qonaqlar da “İRS” jurnalının Azərbaycanın tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, həmçinin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadığını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR