İyunun 29-dan ali məktəblərin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlanacaq

 İyunun 29-dan ali məktəblərin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlanacaq
# 25 iyun 2015 13:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İyunun 29-dan ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bakalavrların qeydiyyatı iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq.

Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR