Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2015 08:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 iştirakçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış alimlər, ziyalılar iştirak ediblər.


Mərasimdə 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim olunub. Daha sonra Olimpiada haqqında video-çarx nümayiş etdirilib.

Açılış mərasimində 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayıb. Daha sonra dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına təbriklərini çatdırıblar.


İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyi və 160 saylı klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən verilib.

47-ci Olimpiada Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir. Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/veb-səhifəsi yaradılıb. Eyni zamanda, yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik “Katalayzer” jurnalı dərc edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR