Türkiyənin Gürcüstandakı səfiri: “Biz bütün qonşularımızla yaxşı münasibətdə olmaq istəyirik”

Türkiyənin Gürcüstandakı səfiri: “Biz bütün qonşularımızla yaxşı münasibətdə olmaq istəyirik”
# 30 iyun 2016 16:53 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Bizim xarici siyasətimizin təməlində heç bir dəyişiklik yoxdur. Biz bütün qonşularımızla yaxşı münasibətdə olmaq istəyirik”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Türkiyənin Rusiya və İsraillə münasibətlərin bərpası istiqamətində atdığı addımları şərh edən Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü deyib. O bildirib ki, bölgənin önəmli bir ölkəsi olaraq Türkiyə işbirliyini, dialoqu və sülhü gücləndirmək üçün çalışır: “İsrail və Rusiya ilə münasibətlərimizi pozan hadisələrin baş verməsinin ilk anından etibarən biz bu hadisələrin normallaşdırılmasının yollarını axtarmağa çalışdıq və nə etmək lazım olduğunu açıqca ortaya qoyduq. Çox şadıq ki, son iki gün ərzində həm İsraillə, həm də Rusiya ilə münasibətlərimizin normallaşdırılması üçün önəmli addımlar atıldı. Bu, dediyim kimi, xarici siyasətimizin təməlidir. Türkiyə bu bölgədə problem və qarşıdurma yaradan bir ölkə əsla olmayıb və olmayacaq. Bizim üçün önəmli olan bu bölgənin sülh, azadlıq, işbirliyi və rifahın bərabər inkişafıdır. Biz bütün ölkələrlə eyni münasibətdə olmağa çalışırıq. Təbii ki, ölkələrarası hüquqa, dostluğa, ərazi bütövlüyünə riayət, terrora dəstək verməmək kimi, artıq hər kəsin qəbul etdiyi öhdəliklərə əməl etmək lazımdır. Ümid edirəm ki, bundan sonra atacağımız addımlar bu istiqamətdə bizi daha da irəliyə aparacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR