Bu ilin I rübündə “Şahdəniz” yatağından 2,6 mlrd. kubmetr qaz hasil edilib

Bu ilin I rübündə “Şahdəniz” yatağından 2,6 mlrd. kubmetr qaz hasil edilib
# 14 may 2015 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübü ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təqribən 0,1 mlrd. dollar əməliyyat xərcləri və 1,1 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü il ərzində “Şahdəniz” yatağı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), Gürcüstan Dövlət Neft-qaz Şirkətinə (GOGC), Bakı-Tbilisi-Ceyhan şirkəti və Türkiyənin BOTAŞ şirkətinə bazarları üçün qaz hasilatını davam etdirib. Bu dövr ərzində yataqdan 2,6 mlrd. standart kubmetr qaz və 0,6 mln. ton (təqribən 5 mln. barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10 mlrd. kubmetrdir.

Qeyd edək ki, “Şahdəniz”də BP (operator - 28,8%), AzŞD (10%), “Cənub Qaz Dəhlizi Apstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (19%). iştirak payları mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR