«DəmirBank»ın aktivləri son bir ildə 33% artıb

«DəmirBank»ın aktivləri son bir ildə  33% artıb
# 18 iyun 2010 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyun ayının 1-nə 282,9 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 70,5 mln. manat və ya 33,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində bankın kredit portfelinin həcmi 40,8 mln. manat artaraq 200 mln. manat, depozit portfelinin həcmi 103,9 mln. manat, o cümlədən, əhalinin əmanətlərinin həcmi 81,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,2% çoxdur. Bu müddət ərzində bankın məcmu kapitalı 47,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın ölkə üzrə 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR