Azərbaycanın daha bir bankının rəhbərliyində kadr dəyişikliyi olub

Azərbaycanın daha bir bankının rəhbərliyində kadr dəyişikliyi olub
# 04 may 2015 13:05 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərbaycan Kredit Bankı”nın İdarə Heyətinə yeni üzv seçilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Cavid Zeynalov bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.

Bildirilir ki, C. Zeynalov vəzifəsinin icrasına mayın 1-dən başlayıb.

Qeyd edək ki, bu təyinata qədər C. Zeynalov “Bank BTB”nin problemli kreditlər departamentinin direktoru vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR