Sumqayıtda dəhşətli yol qəzası nəticəsində bir ailənin iki üzvü ölüb

Sumqayıtda dəhşətli yol qəzası nəticəsində bir ailənin iki üzvü ölüb
# 05 iyul 2014 12:30 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında qeydə alınıb.

Qəza zamanı Bakı şəhər sakini Emil Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan sürücünün anası Sevinc Abdullayeva və qardaşının həyat yoldaşı Nişanə Abdullayeva hadisə yerində ölüblər.

Sürücünün özü və qardaşı Hümbət Abdullayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR