“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi Prezident Administrasiyasına təqdim edilib

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi Prezident Administrasiyasına təqdim edilib
# 19 noyabr 2011 08:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi baxılması üçün Prezident Administrasiyasına təqdim olunub.

APA-nın məlumatına görə, bunu qanun layihəsinin ictimai müzakirəsinə dair keçirilən tədbirdə Milli Məclisin Aqrar siyasət Komitəsinin eksperti Zahid Abbasov deyib.

Onun sözlərinə görə, Milli Məclisin Aqrar siyasət Komitəsində hazırlanan bu qanun layihəsinin yaxın günlərdə Prezident Administrasiyasının aqrar şöbəsi ilə birgə müzakirəsi keçiriləcək. Z.Abbasov qeyd edib ki, ölkədə kooperativlərin inkişaf etdirilməsi məqsədilə qanun layihəsinin 8-ci maddəsində dövlət dəstəyinə dair məsələyə xüsusi yer verilib: “Dövlət dəstəyi olmadan hər hansı qanun işlək ola bilməz. Əgər kooperativlərin fəaliyyətində dövlətin dəstəyinə nail olsaq, yaxın illərdə fərdi iş adamlarının çoxu kooperativ yaradacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR