Sabah İranla AEBA arasında müzakirələr keçiriləcək

Sabah İranla AEBA arasında müzakirələr keçiriləcək
# 23 avqust 2012 14:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Sabah Vyanada İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında bu ölkənin nüvə proqramına dair müzakirələr keçiriləcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ekspertlər səviyyəsində keçiriləcək görüşdə AEBA təmsilçilərinin İranın Parçin hərbi-sənaye kompleksinə baxış keçirilməsinə icazə verilməsi əsas müzakirə mövzusu olacaq.

Artıq İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə görüşün cümə günü keçiriləcəyi barədə xəbəri təsdiqləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR