İran səfiri: “Yaxın Şərqdə baş verən hadisələr İranda heç bir nigarançılıq yaratmır”

İran səfiri: “Yaxın Şərqdə baş verən hadisələr İranda heç bir nigarançılıq yaratmır”
# 19 aprel 2011 14:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Regionda olan münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə öz həllini tapmalıdır”.

APA-nın məlumatına görə, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib. İranın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini dilə gətirən səfir münaqişənin dövlətlərin ərazi bütövlüyü yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb.

O, ərəb ölkələrində baş verən proseslərin İrana təsiri ilə bağlı da sualı cavablandırıb. Səfir deyib ki, regionda olan dəyişikliklər xalq tərəfindən baş verir və xalqın iradəsini əks etdirir: “Məhz buna görə də, Yaxın Şərqdə baş verən hadisələr İranda heç bir nigarançılıq yaratmır. İran 33 il öncə ABŞ-ın idarə etdiyi şah rejiminə qarşı çıxıb və inqilab həyata keçirib. Bu inqilabı həyata keçirənlər İranın gələcək inkişafına öz töhfəsini veriblər. Hazırda bütün sferalarda əldə olunan yüksək inkişaf xalqın öz hesabına reallaşıb. ABŞ, Qərb və İsrail xalqın əldə elədiyi yüksək azadlıq fonunda İranı təhdid etdilər. Lakin bu təhdidlərə baxmayaraq, İran xalqı daha da inkişaf edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR